Ötən il doğuş zamanı 22 ana ölümü hadisəsi olub - RƏSMİ

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının ötən il üzrə hesabatı açıqlanıb.

Nazirlikdən bildirilib ki, 2016-cı il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100 000 diridoğulana 13.8 % təşkil edib. Bu göstərici 1996-cı ildə 44,1%, 2006-cı ildə 34,2%, 2009-cu ildə 24,3%, 2012-ci ildə 14,9%, 2015-ci ildə isə 14,4 % olub.

Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir.

2015-ci ildən Azərbaycan diridoğulmanın yeni meyarlarına keçib, yəni hamiləliyin 22 həftəsindən sonra doğulan və çəkisi 500 qram və daha artıq olan körpələr vaxtından əvvəl doğulmuş hesab olunur. 2016-cı ildə 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135 körpəni xilas etmək mümkün olub.

2008-2014-cü illərdə perinatal ölüm göstəricisi hər 1000 yenidoğulana 14,2-17,4 təşkil edib. 2015-ci ildə yeni meyarlara keçilməsinə baxmayaraq perinatal və neonatal yardımın təkmilləşməsi ilə əlaqəli olaraq bu göstəricidə neqativ dinamika qeyd olunmayıb.apa

DİGƏR XƏBƏRLƏR

Top