
Əfqanıstanın Hindukuş dağlarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 161.000 insanın yaşadığı Kunduz şəhərindən 169 kilometr şərqdə olub. Episentr 201 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz