
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Norveç - Fransa oyunu baş tutub.
Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə 26 iyun 23:00-da start götürən görüş Boston stadionunda keçirilib.
Qarşılaşma fransalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Fransanın qollarını 7, 20, 31-ci dəqiqələrdə Usman Dembele və 90+4-cü dəqiqədə Dezire Due vurub.
Norveçin heyətində isə 21-ci dəqiqədə Tele Osqor fərqlənib.
Bu nəticə ilə də Fransa I qrupunu 9 xalla lider tamamlayıb. Norveç isə 6 xalla ikinci olub.
Qrupdakı digər qarşılaşmada İraqı 5:0 hesabı ilə məğlub edən Seneqal isə üçüncü olub.
Tətbiqimizi yükləyə bilərsiniz