
“ABŞ-nin milli kəşfiyyat direktoru vəzifəsini icra edən Bill Pulti agentliyin işçilərinin sayında böyük ixtisarlara başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
“Dərin dövlət” təmsilçilərinin ixtisarları başlayıb”, - məlumatda deyilir.
“Dərin dövlət” federal hökumət daxilində ABŞ-dəki siyasi və iqtisadi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən kölgə qrupları şöbəsidir.
CNN-in məlumatına görə, Pultini Milli Kəşfiyyatın müvəqqəti direktoru təyin edərkən ABŞ Prezidenti Donald Tramp onun yüzlərlə vəzifəni ixtisar etməsini gözləyirdi. Ötən həftə Pulti gözləniləndən bir gün əvvəl yeni vəzifəsinə gedib və bütün işçilərin siyahısını istəyib. Mənbə şəbəkəyə bildirib ki, ən çox ixtisar Milli Terrorla Mübarizə Mərkəzində və Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzində gözlənilir.
İyunun əvvəlində Tramp “The Wall Street Journal” qəzetinə bildirib ki, Pultiyə agentliyin işçilərinin ixtisar prosesinə başlamağı tapşırıb. Nəşrin məlumatına görə, Amerika lideri 18 kəşfiyyat agentliyi və bölməsinə nəzarət edən Milli Kəşfiyyat Direktoru Ofisinin “lazımsız və/və ya çox böyük” olduğuna inanır.
Tətbiqimizi yükləyə bilərsiniz