
Ötən gecə dünya çempionatında F qrupunun II turunda Niderland millisi İsveçlə üz-üzə gəlib.
Yeniavaz.com xəbər verir ki, “Narıncılar” rəqiblərini darmadağın ediblər – 5:1.
İlk hissəni Niderland Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0. İkinci hissənin 48 cə 54-cü dəqiqələrində Kodi Qakpo top fərqini 4-ə çatdırıb. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderlandın heyətində Sammervil də fərqlənib.
Bakı vaxtı ilə 00:00-da E qrupunun II turunda Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.
Toronto Stadionunda keçirilən görüşün 30-cu dəqiqəsində Fil Dişi Sahili hesabı açılıb. Frank Kessie fərqlənib. İlk hissə Afrika təmsilçisinin minimal hesablı üstünlüyü ilə bitib.
Almaniya millisi barəbərlik qolunu 68-ci dəqiqədə vurub. Deniz Undav almanların bərabərlik qoluna imza atıb. Undav 90+4-cü dəqiqədə komandasının qələbə qolunu da vurub.
Oyun Almaniyanın qələbəsi ilə başa çatıb: 2:1.
Tətbiqimizi yükləyə bilərsiniz