
Livanın cənubunda radikal yaraqlıların hücumları nəticəsində İsrail Müdafiə Qüvvələrinin (İDF) batalyon komandiri və üç İsrail əsgəri həlak olub, daha beş İsrail əsgəri yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“401-ci Zirehli Briqadanın 52-ci batalyonunun komandiri, podpolkovnik Dor Qedaliya Livanın cənubunda baş verən atışma zamanı həlak olub. Hadisə zamanı daha üç əsgər həlak olub", - məlumatda qeyd edilib.
Digər tərəfdən, nazirlik əlavə edib ki, cümə gecəsi Livanın cənubunda partlayıcı maddələr daşıyan pilotsuz təyyarənin hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin bir zabiti və dörd əsgəri yaralanıb.
"Əsgərlər tibbi müalicə üçün xəstəxanaya təxliyə ediliblər", - deyə mətbuat xidməti əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz