FIFA Dünya Kubokunun ilk turunun ən yaxşılarını açıqladı


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) “FIFA Power Rankings” sisteminə əsasən, Dünya Kuboku qrup mərhələsinin birinci turunun ən yaxşı oyunçularını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Əlcəzairlə oyunda (3-0) het-trik edən Argentina millisinin hücumşusu Lionel Messi hücumçu reytinqində birinci yeri tutub.
Belə ki, milli komandanın qapıya vurduğu bütün zərbələrin 60%-i onun payına düşüb.
Yeni Zelandiya ilə oyunda (2-2) sağ cinah müdafiəçisi kimi oynayan İran millisinin oyunçusu Ramin Rezayan 16 dəqiq ötürmə ilə kreativlik reytinqində ən yüksək göstəriciyə malik olub.
Kanadalı Derek Kornelius isə müdafiəçi reytinqində birinci yeri tutub. O, Bosniya və Herseqovina ilə oyunda (1-1) 17 topu ələ keçirib, 13 topu qapıdan çıxarıb, dörd topu blok edib, dörd topu saxlayıb və səkkiz hava topu duelində qalib gəlib.
Qeyd edək ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. Hazırkı çempion Argentina millisidir.

DİGƏR XƏBƏRLƏR

Top