
Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Prezident, həmçinin yeni səfirliyin fəaliyyətinin təmin edilməsi məqsədilə Sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz