Bu dəfə özünü “boss” adlandırdı


ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 liderləri ilə görüşdə zarafatla özünü “boss” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Belə ki, ABŞ Prezidenti sammitdə işgüzar görüşə gec gəlib. Görüş ABŞ administrasiyası rəhbərinin iştirakı olmadan başlayıb. Yerli vaxtla saat 10:25-də Fransa Prezidenti Emmanuel Makron görüşü açaraq toplananlara Prezident Trampın tezliklə gələcəyini bildirib.
Bir az sonra Tramp otağa daxil olub və zarafatla “Mən burada “boss”am”, - deyib.
Bundan sonra Amerika lideri kreslosuna tərəf gedib. O, həmçinin mediadan qalmalarını istəyib.
“Görüşdə qalmaq istəryirsinizmi? Əgər qalmaq istəyirsinizsə, etiraz etmirəm”, - deyə Tramp bildirib.
Ancaq protokola uyğun olaraq, Fransa tərəfi jurnalistləri otaqdan çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top