Xoşbəxtlik üçün nə qədər pul lazımdır?


Araşdırmalar göstərir ki, insanların xoşbəxtliyi gəlirlə birlikdə artsa da, bu artım sonsuz deyil və müəyyən bir səviyyədən sonra dayanır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Nature Human Behaviour” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqatçılar insanların xoşbəxtliyi üçün lazım olan gəlir səviyyəsini araşdırıblar. Araşdırmada 164 ölkədən 1,7 milyondan çox insanın məlumatları təhlil olunub.
Nəticələrə görə, rifahın maksimuma çatdığı optimal gəlir nöqtəsi mövcuddur. Bu məbləğ emosional rifah üçün illik təxminən 60 000 – 75 000 dollar, ümumi həyat məmnuniyyəti üçün isə təxminən 95 000 dollar civarında müəyyən edilib.
Alimlərin sözlərinə görə, gəlir bu həddi keçdikdən sonra xoşbəxtlik göstəricilərində artım ya zəifləyir, ya da bəzi hallarda azalma müşahidə olunur. Bunun əsas səbəbləri kimi sosial müqayisələr, artan xərclər və psixoloji təzyiq göstərilir.
Tədqiqatda vurğulanır ki, pul əsas ehtiyacların qarşılanması və həyat rahatlığının təmin edilməsi üçün mühüm rol oynayır, lakin rifahın tam mənzərəsini formalaşdıran yeganə faktor deyil. İnsanların özlərini başqaları ilə müqayisə etməsi isə yüksək gəlir səviyyəsində belə məmnunluğu azalda bilər.

DİGƏR XƏBƏRLƏR

Top