“Real” Bernardo Silvaya təklif göndərdi


İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” klubunun oyunçusu Bernardo Silvaya rəsmi təklif göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Qeyd edək ki, “Mançester Siti”nin mətbuat xidməti daha əvvəl Silvanın müqaviləsinin müddəti bitdikdən sonra komandadan ayrılacağını bildirmişdi.
Onun müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, 31 yaşlı Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. O, klubla altı İngiltərə çempionluğu, beş İngiltərə Liqa Kuboku, üç İngiltərə Superkuboku və bir İngiltərə Kuboku qazanıb.
Silva həmçinin klubla Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokuna sahib olub.
Bernardo Silva həmçinin, Portuqaliya millisinin üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top