Tailand şahzadəsi vəfat etdi – Üç ildir komada idi


Tailand şahzadəsi Bacrakityabxa üç illik komadan sonra 47 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tailand Kral Ailəsi İdarəsi məlumat yayıb.
İdarə şahzadənin 11 iyun axşamı Banqkok xəstəxanasında vəfat etdiyini elan edib.
Bacrakityabxa Tailand kralı I Ramanın böyük qızı və ilk evliliyindən yeganə övladı idi. Tailandda heç vaxt qadın monarx olmasa da, o, bir çoxları tərəfindən taxt-tacın varisi hesab olunurdu.
Tailand şahzadəsi 2022-ci ilin dekabr ayında huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, infarkt qan dövranı sistemindəki infeksiya ilə əlaqədar baş verib.
Şahzadə o vaxtdan bəri komada idi.
Qeyd edək ki, Bacrakityabxa ali təhsilini əvvəlcə vətənində, daha sonra isə ABŞ-də Kornell Universitetində hüquq magistri və hüquq doktoru üzrə alıb.
O, Tailandın Birləşmiş Millətlər Təşkilatındakı missiyasında fəaliyyət göstərib. 2012-ci ildən 2014-cü ilə qədər Tailandın Avstriyadakı səfiri olub.
Şahzadə həmçinin Tailand Baş Prokurorluğunda da işləyib. 2021-ci ildə Kral IX Rama şahzadəni şəxsi təhlükəsizlik rəisi təyin edib və ona general rütbəsi verib.
Xatırladaq ki, o, qadın məhbusların hüquqlarını müdafiə etməsi və ölkənin cinayət ədalət sistemində islahat təklif etməsi ilə də tanınırdı.

DİGƏR XƏBƏRLƏR

Top