Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində avtomobil 58 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
Yeniavaz.com saytının lent.az-a istinadən məlumatına görə, qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.