Rusiyada baş vermiş yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb

Rusiyanın Xantı-Mansiysk muxtar rayonundakı magistral yolda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5-ə çatıb. Bu barədə "RİA Novosti"yə Daxili İşlər Nazirliyinin rəsmisi Olqa Abmaykina xəbər verib. Onun sözlərinə görə, qəzaya düşmüş avtomobillərdən biri – "Toyota Rav"ın sürücüsü qadın olub. O və 3 sərnişini hazırda Xantı-Mansiyskdəki klinikalardan birinə müxtəlif dərəcəcəli xəsarətlə yerləşdiriliblər. Qeyd edək ki, hadisə Tümen - Xantı-Mansiysk avtomagistral yolunda, ötən gün, yerli vaxtla saat 14:15-də qeydə alınıb. İllkin məlumatda bildirilirdi ki, "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Report

DİGƏR XƏBƏRLƏR

Top