“Axı dünya fırlanır...”


Yer fəzada hər saniyədə 30 kilometr yol qət edir (Bu sətirləri oxuyana qədər artıq 60 kilometrlik bir məsafə qət etmiş olduq). Beləliklə, Yerin Günəş ətrafındakı hərəkətini tamamlamaq üçün bir il vaxt lazım gəlir. Başqa sözlə, biz keçdiyimiz yerdən bir də keçmək üçün bir il gözləməli oluruq. Bu son cümlə istər müasir astronomik araşdırmalar, istərsə də müasir astronomik hesablamalarla ziddiyyət təşkil edir.
Qəribə də olsa, Yer bizim düşündüyümüz kimi keçdiyi yerdən bir daha keçmir. Yer bir tərəfdən öz oxu ətrafında fırlanırsa, bir tərəfdən də Günəş ətrafında hərəkət edir. Digər tərəfdən, bu hərəkət spiral üzrə baş verir. Planetlər arasında cazibə qüvvəsi olduğu üçün başqa planetlər də eyni xətt üzrə hərəkət edir. Günəşin Veqa ulduzuna doğru hərəkətində də bu belədir. Məlumdur ki, Günəş Veqaya doğru saniyədə 20 kilometr sürətlə hərəkət edir və təbii olaraq, Günəşin bu hərəkətində başqa planetlər də iştirak edir. Beləliklə, bütövlükdə Günəş Sisteminin müəyyən istiqamət üzrə sabit hərəkəti baş verir.
Günəşin öz oxu ətrafında fırlanmasına gəlincə, elmin bu kəşfi o qədər də qədim deyil. Ancaq Yasin surəsinin 14 əsr əvvəl nazil olmuş 38-ci ayəsini oxuyanda insan istər-istəməz heyrətə gəlir: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) onun üçün müəyyən olunmuş yerdə seyr edir. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın əzəli hökmüdür”. Bu gün bu deyilənləri çox asanlıqla dərk edə bilsək də, Peyğəmbərimizdən (s.ə.s.) min il sonra yaşayan Qaliley (Qalileo Qaliley/1564-1642) Yerin öz oxu ətrafında fırlandığını iddia etdiyi üçün zindana atılmışdı. Qaliley Allahın kainatı yaratdığına inanan bir alim idi. O, Kopernik və Keplerin fikirlərini davam etdirir, Yerin yox, Günəşin mərkəzdə olduğunu iddia edirdi. Yerin kürə şəklində olduğunu ilk dəfə iddia edən də elə o idi. Ancaq Qaliley həyatında iki dəfə zindan üzü gördü. Axırıncı dəfə zindana düşəndə isə onun 70 yaşı var idi. Çox keçmədi ki, Qalileyin zindanda gözləri tutuldu və 1642-ci ildə elə o zindanda da öldü. 

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top