
İsrailin Beyrutun cənub kənarına hücumu nəticəsində ən azı iki livanlı həlak olub, 11 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr Mreyc və Tahita əl-Qədir məhəllələrindəki yaşayış binalarını hədəf alıb:
“Xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər”.
“Əl-Hadath” telekanalının məlumatına görə, hava hücumunda iki qırıcı və dron iştirak edib, hədəflər Hizbullahın qərargahı və anbarları olub.
Tətbiqimizi yükləyə bilərsiniz