"İndi qınadığınız gənclik sizin evinizdən çıxıb, əziz valideynlər"

"Dəfələrlə eşitmişəm, yaşlı nəslin nümayəndələri indiki gəncliyin kitaba biganə münasibətindən şikayət edirlər. "İndiki gənclik heç kitab oxuyan deyil" deyirlər. Gənclik haqqında elə danışırlar elə bil bu uşaqlar yad planetdən, fəqli bir dünyadan gəliblər". Yeniavaz.com xəbər verir ki, bunu naşir, tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib.

Ş. Xuduoğlu: "İndi qınadığınız gənclik sizin evinizdən çıxıb, valideynlərini yamsılamaqla, valideynlərinin etdiklərini təkrarlamaqla böyüyüblər. Əgər uşaqların əhatəsində kitab olsaydı, onların kitaba münasibəti də tam fərli olardı. Nəticə belə faciəli olmazdı.

Yəni, əziz valideynlər özünüzü qınayın. Uşaqlarınızı qınamayın. Xeyli valideyn tanıyıram uşaqlarından mənə şikayət edirlər. Evlərindəki kitablarla maraqlan da bəlli olur ki, ata-babadan qalma kitablardan başqa yeni heç nə yoxdur. Əgər uşaqlara oxuma mühiti yaranarsa, onlara daha heç oxu deməyə ehtiyac yoxdur, özləri oxuyacaqlar",-deyə qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top