
Xəbər verdiyimiz kimi, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, “Tipos Arena”da keçirilən görüşdə Elşad Quliyevin komandası Ukrayna millisini 2:0 hesabı ilə məğlub edib.
Final qarşılaşmasının icmalını təqdim edirik:
Qeyd edək ki, bununla da, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Azərbaycan, həmçinin həm Avropa, həm dünya, həm də yenidən Avropa titulunu ardıcıl qazanan ilk milli komanda kimi tarixə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz