
Azərbaycan əsilli Türkiyə vətəndaşı Əhməd Cahanqard Takalo mağazada alış-veriş edərkən böyük bir sürprizlə qarşılaşıb.
Yeniavaz.com “Haberler.com” portalına istinadla xəbər verir ki, təxminən 10 il əvvəl Türkiyəyə köçən Takalo Van şəhərindəki bir mağazada alış-veriş edərkən bank kartı işləmədiyi üçün ən yaxın bank filialına gedib.
32 yaşlı Takalonun hesabı yoxlandıqda onun hesabında mənşəyi məlum olmayan 999 milyard 999 milyon 999 min 999 lirə və 99 quruş olduğu aşkar edilib. Bu böyük məbləğin aşkarlanmasından sonra onun hesabları dondurulub.
Təxminən 21,8 milyard dollara bərabər olan bu məbləğ nəzəri olaraq Takalonun dünyanın ən varlı 120 insanı arasında 116-cı yerdə qəraralaşmasına səbəb olub.
Takalo hadisə ilə əlaqədar bankdan məlumat istəyib, lakin bank davam edən istintaqla əlaqədar detalların açıqlanmadığını bildirib.
Təxminən bir aydır ki, hesablarına daxil ola bilmədiyini deyən Takalo problemin ən qısa bir vaxtda həll olunacağına ümid etdiyini bildirib.
Hadisə ilə bağlı istintaq davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz