“PashaPay”də pozuntular aşkarlanıb


Mərkəzi Bankı tərəfindən “PashaPay” MMC-də həyata keçirilən plandankənar tematik yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bildirilir ki, yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair mübarizə, eləcə də daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqlar müəyyən edilib.
Bununla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunların müvafiq maddələrinə əsasən “PashaPay” MMC-yə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 95 milyon 567 min manat olan “PashaPay” MMC (VÖEN – 1300615891) 2005-ci ildən fəaliyyət göstərir.  Şirkət 2005-ci ildən 2021-ci ilə qədər “Komtec LTD” MMC  (MilliÖn) kimi fəaliyyət göstərib. Daha sonra ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” tərəfindən satın alınıb və adını “PashaPay” olaraq dəyişdirib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top