
Səkkizqat “Qızıl top” və Dünya Kubokunun sahibi Lionel Messinin Hindistanın Kalkutta şəhərindəki heykəli götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Asian News International” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, əlində Dünya Kuboku ilə təsvir olunan heykəl futbolçunun dekabr ayında Hindistana səfəri zamanı açılıb. Lakin yerli hakimiyyət orqanları 21 metrlik konstruksiyanın güclü küləklərə qarşı davamsız olması ilə bağlı şikayətlərdən sonra onu sökmək qərarına gəlib.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən bəri ABŞ-nin “İnter Mayami” komandasında oynayır. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında çıxış edib və orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Hücumçu həmçinin, bir dəfə Dünya Kuboku (2022), bir dəfə Olimpiya (2008) və iki dəfə Amerika Kubokunun qalibidir (2021, 2024).
Tətbiqimizi yükləyə bilərsiniz