SEPAH son sutka ərazində 20 gəminin Hörmüzdən keçməsinə icazə verib


Son 24 saat ərzində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən koordinasiya edilən 20 gəmi Hörmüz boğazından keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin hərəkətləri sayəsində İranın müəyyən etdiyi marşrut boyunca Hörmüz boğazında gəmilərin təhlükəsizliyi təmin edilib.
“Gəmilərin Hörmüz boğazından keçməsi sürətlənib, lakin bu, müharibədən əvvəlki vəziyyətə qayıtmaq demək deyil və müharibəni qızışdıran ölkələrlə əlaqəli hərbi və digər gəmilərin keçmək hüququ yoxdur. İranın nəzarəti altındakı əraziyə icazəsiz daxil olan hər hansı bir gəminin qarşısı alınacaq”, - SEPAH-ın bəyanatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top