“İdrak testindən maksimal nəticə toplamışam” − Tramp


ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətləri üzrə tibbi testdən uğurla keçdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında yazıb.
“Uolter Rid Hərbi Tibb Mərkəzində aparılan və mənə təqdim edilən tibbi müayinəmin nəticələri son dərəcə yaxşı idi. Digər ABŞ prezidentlərindən fərqli olaraq, heç biri heç vaxt təsdiqlənmiş, yüksək çətinliyə malik idrak testindən keçməyib, mən 30 baldan 30 bal topladım ki, bu da “ali zəka” hesab olunur”, - Tramp yazıb.
Ölkə başçısı qeyd edib ki, bu onun dördüncü belə testidir:
“Hamısını əla ballarla, 120 sualdan 120 düzgün cavabla vermişəm! Kiminsə, xüsusən də ardıcıl dörd dəfə mükəmməl bal alması çox nadir haldır. Prezident və vitse-prezidentliyə namizəd olan bütün insanlardan yüksək çətinliyə malik idrak testlərindən keçmələri tələb olunur”.

DİGƏR XƏBƏRLƏR

Top