
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbərini zərərsizləşdirdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, İsrail HƏMAS-ın istehsal şöbəsinin komandirini də öldürüb.
“İDF Xan Yunisə hava hücumu həyata keçirib və HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbəri İhab Xrizimi zərərsizləşdirib. Xrizimdən əlavə, İDF həmçinin, HƏMAS üçün silah istehsalında iştirak edən HƏMAS-ın istehsal şöbəsinin komandiri Məhəmməd əl-Habaşı da öldürüb”, - deyə İDF-in mətbuat xidməti bildirib.
Agentliyin məlumatına görə, Xrizim HƏMAS-ın hərbi qanadına milyonlarla dolların köçürülməsini təşkil etməkdən məsul olubvə son aylarda onun fəaliyyəti terrorçuların İsrail əsgərlərinə və İsrail mülki şəxslərinə hücumlar həyata keçirməsinə imkan yaradıb.
Ordunun mətbuat xidməti Xrizimin öldürülməsinin HƏMAS-ın qüvvələrini yenidən qurmaq və gücləndirmək səylərinə ciddi zərbə olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz