
Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, partiyanın qərargahında keçirilən iclasda seçki keçirilib. Seçki nəticəsində Özel partiyanın Parlament Qrupunun sədri seçilib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq başçısı Kamal Kılıçdaroğlu vəzifəsinə müvəqqəti olaraq qaytarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz