İcra başçısı kölgədə, kənd sakinləri isə günəşin altında... – Fotolar


Mayın 19-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qamışlıgöl kənd sakinləri ilə görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin rəsmi saytında məlumat və fotolar dərc olunub.
Qurumun yaydığı fotolar sosial mediada yayılıb və müzakirələrə səbəb olub.
Belə ki, görüş zamanı icra başçısı Rafiq Cəlilovun kölgədə, kənd sakinlərinin isə günəşin altında əyləşməsi birmənalı qarşılanmayıb.
Sözügedən fotoları təqdim edirik:





***
Cəlilabad Rayon İcra Hakimiyyətinin açıqlaması:
“Səyyar qəbul səhər saat 10:00-da başlamış və təxminən 3 saat davam etmişdir. Qəbulun ilk hissəsində icra başçısı da daxil olmaqla bütün iştirakçılar ağacın kölgəsində əyləşmişdir. Görüş davam etdikcə günəşin istiqaməti təbii olaraq dəyişdiyindən bəzi vətəndaşların üzərinə gün düşmüşdür. Bu hal hər hansı qərəzli münasibətdən deyil, təbiətin normal gedişatından irəli gəlmişdir. Qeyd edək ki, həmin gün ölkə ərazisində olduğu kimi Cəlilabad rayonunda da hava şəraiti sərin keçmiş, temperatur aşağı olduğundan günəş şüaları narahatlıq yaradacaq səviyyədə olmamışdır. Adi və təbii bir vəziyyətin bəzi şəxslər tərəfindən məqsədli şəkildə şişirdilərək fərqli formada təqdim olunması isə təəssüf doğurur”.

DİGƏR XƏBƏRLƏR

Top