Saxta MANAT-ı həqiqisindən necə ayıra bilərik?

Çap texnologiyalarının inkişafı nəticəsində saxta pulların çapı ilə məşğul olan cinayətkarların da sayı artmaqdadır. Bir çox hallarda biz bu hadisələri barədə mətbuatdan məlumat alırıq, bəzən də bizlər bilavasitə bu hadisənin "qurbanına" çevrilirik. Bəs saxta əskinasları həqiqisindən necə fəqrləndirmək olar?

"Yeniavaz.com" Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən bildirir ki, milli valyutamızın - manatın mühafizəsi sistemi xüsusi "mühafizə fəlsəfəsinə" uyğun olaraq hazırlanıb. Belə ki, yeni nəsil əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir:

1-ci dərəcəli - xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən,

2-ci dərəcəli - ticarət müəssələri tərəfindən sadə cihazlarla,

3-cü dərəcəli - banklar tərəfindən xüsusi avadanlıqlarla,

4-cü dərəcəli - yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilə bilər,

Mərkəzi Bankdan verilən məlumata görə, mühafizə sistemlərində, əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsi məsələsinə xüsusi diqqət yetirilib. Belə ki, əhali üçün nəzərdə tutulan 1-ci dərəcəli mühafizə elementləri bütün əskinaslar üçün eynidir və eyni yerlərdə yerləşdirib.

Mərkəzi Bankdan verilən məlumatlara əsasən qeyd edirik ki, əhali tərəfindən müəyyən oluna bilən mühafizə elementləri aşağıdakılardır:

Nominalın gizli rəqəmi - əskinasa müəyyən bucaq altında baxdıqda nominalın rəqəmi müəyyən olunur

Su nişanı - əskinası işığa tutduqda nominalın rəqəmi və dizayn mövzusuna uyğun təsvir görünür

İşıqda görünən "MANAT" - Burada əsas məqsəd ikitərəfli təsvirin üst-üstə düşməsi və əskinası işığa tutduqda "MANAT" sözünün aydın oxunmasıdır

Möcüzəli rəqəm - əskinasa müəyyən bucaq altında baxdıqda nominalın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmini müəyyən etmək olar,

Relyefli nominallar - əskinasın sağ yuxarı küncündə yerləşən 100 rəqəmi (məsələn 100 manat nominallı əskinasda) və aşağı sağ küncündə yerləşən "YÜZ MANAT" ifadəsidir. Sadə üsulla müəyyən olunur və əskinasın bu elementlərinə barmağın ucu ilə toxunduqda qabarıq çap hiss olunur,

Holoqram - (yalnız 10, 20, 50, 100 manatlıq əskinaslarda mövcuddur) -əskinasa müəyyən bucaq altında baxdıqda əskinasın dizayn mövzusuna uyğun təsvir, nominalın rəqəmi və "Manat" sözü görünür

Əskinasın arxa tərəfində isə metal mühafizə sapı - nominalı göstərən metal mühafizə sapı və sehirli xətlər - nominalın əsas rənginə uyğun dəyişən zolaqlar var.

DİGƏR XƏBƏRLƏR

Top