Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Qurgen Arsenyanın oğlu - Qurgen Arsenyan 4 il müddətində azadlıqdan mərhum edilib. "Yeniavaz.com" Ermənistan mətbuatına istinadən bildirir ki, atası ilə eyni ad və soyadı daşıyan deputat oğlu haqqında həbs qərarını bu gün Nork Maraş rayon məhkəməsi verib. Qurgen Arsenyanla bərabər daha 3 nəfər barəsində həbs qərarı çıxarılıb.
Məlumat üçün qeyd edək ki, deputat oğlu 3 nəfər dostu ilə ötən ilin aprel ayında Yerevandakı gecə klublarının birində əylənərkən dava salıb.