"Facebook"dan rekord məbləğdə mükafat

Facebook sosial şəbəkəsi rus haker Andrey Leonova şəbəkədəki boşluqları tapdığına görə rekord həddə qonorar verib.

Bu barədə A.Leonov bu barədə özünün bloqunda yazıb.

Rusiyalı haker xüsusi proqramla sosial şəbəkədəki səhvi aşkarlayıb. O, xüsusi şəkil vasitəsilə müəyyən kodları öz kompyüterinə yükləyə bilib.

A.Leonov bunun üçün Facebook-un xəbər lentində şəkillərin sürətli mübadiləsini həyata keçirən ImageMagick xidmətindən istifadə edib.

Leonov səhvi tapdıqdan sonra Facebook-un informasiya texniki xidmətinə boşluqla bağlı məlumatları göndərib. Buna görə, Facebook hakerə 40 min dollar mükafat verib.

2014-cü ildə Facebook kibertəhlükəsizlik üzrə mütəxəssis Recinaldo Silvaya 33,5 min dollar mükafat vermişdi.İstipress

DİGƏR XƏBƏRLƏR

Top