“Düşünürəm ki, o, sağdır” – Netanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni ali dini lideri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğuna inanır.
Yeniavaz.com
xəbər verir ki, Netanyahu bunu “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, o, sağdır. Onun vəziyyəti barədə qəti bir şey demək çətindir. O, hansısa bunkerdə və ya gizli yerdədir”, - İsrailin Baş naziri qeyd edib.
İsrail lideri bildirib ki, Müctəba Xamenei öz səlahiyyətlərindən istifadə etməyə çalışır. Bununla belə, o, Müctəba Xameneinin təsirinin atası Seyid Əli Xameneinin təsirindən xeyli az olduğunu da əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top