Avropa Kuboku finalının iştirakçıları məlum oldu


İngiltərənin “Aston Villa” və Almaniyanın “Frayburq” komandaları UEFA Avropa Liqasının finalına vəsiqə qazanıblar.
Yeniavaz.com
xəbər verir ki, “Aston Villa” öz stadionunda İngiltərənin “Nottingem” komandasını 4-0 hesabı ilə məğlub edib.
İlk oyunda 1-2 hesabı ilə uduzan “Frayburq” isə Portuqaliya “Braqa"sını 3-1 hesabı ilə məğlub edərək, ümumi hesabda qalib olub.
Avropa Liqasının finalı 20 may 2026-cı ildə İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi (2024/2025 mövsümü) İngiltərənin “Tottenhem” klubudur. Onlar 2025-ci il finalında “Mançester Yunayted” komandasını məğlub ediblər.
UEFA Konfrans Liqasının final matçında isə İngiltərənin “Kristal Palas” və İspaniyanın “Rayo Valyekano” klubları üz-üzə gələcək.
Yarımfinalda İngiltərə komandası Ukraynanın “Şaxtyor” komandasını 2:1 hesabı ilə məğlub edib.
Bu cütlükdəki ilk matç ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Strasburqla cavab matçında isə “Rayo Valyekano” ev oyununun nəticəsini təkrarlayıb - 1:0.
UEFA Konfrans Liqasının finalı 27 may 2026-cı ildə Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Hazırkı çempion İngiltərənin “Çelsi” klubudur və 28 may 2025-ci ildə Polşada keçirilən finalda “Real Betis”i 4-1 hesabı ilə məğlub edərək kuboku qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top