
“Toyota” ciddi asqı problemi ilə əlaqədar 100 000 avtomobilini geri çağırır.
Yeniavaz.com xəbər verir ki, geri çağırış 2006-2011-ci illərin “Toyota RAV4” krossoverlərinə, eləcə də 2010-cu ilin “Lexus HS 250h” hibrid sedanlarına təsir göstərir.
Yeni geri çağırış əsasən Kanada bazarını əhatə edir. Ancaq oxşar proqram ABŞ-də də həyata keçirilib.
Belə ki, asqı qolu yivli hissədə təhlükəli əks zərbə yarada bilər ki, bu da korroziyaya səbəb ola bilər. Bu isə yivlərin tez aşınmasına və nəticədə, asqı qolunun sabitliyini itirməsinə səbəb olur.
İndi səlahiyyətli servis mərkəzləri avtomobillərdə hər hansı bir nasazlıq olub olmadığını yoxlamalı və problem aşkar edildikdə lingləri dəyişdirməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz