
Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mozg Media Group” MMC (VÖEN – 1505539741) olub.
Qeyd edək ki, “Mozg Media Group” Turizm Agentliyinin sifarişi əsasında Bakıda keçiriləcək “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatının təşkili xidmətlərini göstərəcək. Göstəriləcək xidmətlərin qarşılığında Agentlik MMC-yə 84 min 852 manat 20 qəpik ödəyəcək.
Onu da bildirək ki, nizamnamə kapitalı 53 min 540 manat olan “Mozg Media Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Muxtarov Orxan Muxtar oğludur.
Məlumat üçün qeyd edək ki, “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatında iştirak etmək üçün Azərbaycana aşağıdakı ölkələrdən qonaqlar gələcək:
Türkiyə (İzmir);
Özbəkistan (Daşkənd);
Belarus (Minsk);
Qazaxıstan (Almatı);
Rumıniya (Buxarest);
Pakistan (İslamabad);
İtaliya (Milan);
Türkiyə (Antalya);
Serbiya (Belqrad);
Rusiya (Moskva);
Sloveniya (Lyüblyana);
Xorvatiya (Zaqreb);
Şotlandiya (Edinburq);
ABŞ (Detroit);
Almaniya (Frankfurt);
İtaliya (Bari);
İsveç.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz