“İsrail növbəti 10 il ərzində müdafiə büdcəsini 119 milyard dollar artıracaq”


“İsrail öz silah istehsal potensialını inkişaf etdirmək üçün müdafiə büdcəsini növbəti 10 il ərzində 350 milyard şekel (119 milyard dollar) artıracaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən öz silah istehsal gücümüzə investisiya qoyulmasını əmr etmişəm. Növbəti onillikdə bu silahları daxildə istehsal etmək və xarici təchizatçılardan asılı olmamaq üçün müdafiə büdcəsinə 350 milyard şekel əlavə edəcəyik”, - Netanyahu bildirib.
Baş nazir, həmçinin İsrail müdafiə sənayesinin “inqilabi təyyarələr” hazırlayacağını deyib və iddia edib ki, bu addımın ümumi mənzərəni tamamilə dəyişdirəcək.
Netanyahu bildirib ki, bir neçə həftə əvvəl pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəni neytrallaşdırmaq üçün xüsusi layihənin yaradılmasını əmr edib.

DİGƏR XƏBƏRLƏR

Top