
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını “Yuventus”da davam etdirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Məlunata görə, Turin klubu artıq “Barselona”nın hücumçusunun nümayəndələri ilə danışıqlar aparıb.
37 yaşlı polşalı futbolçunun komanda gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, “Yuventus”a keçməyə hazır olduğu bildirilir. Əgər hücumçu Kataloniya klubundan ayrılarsa, Turin klubu onun ilk seçimi hesab olunur.
Belə ki, Kataloniya klubunun rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin maaşı əhəmiyyətli dərəcədə azaldıldığı üçün o, bu variantdan razı qalmayıb.
“Tuttosport”un məlumatına görə, Turin klubu 37 yaşlı futbolçuya 6 milyon avro maaşla bir illik müqavilə, eləcə də idman nailiyyətlərinə əsasən bonuslar təklif edir.
Qeyd edək ki, bu mövsüm Levandovski bütün yarışlarda 41 oyunda meydana çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt”ın məlumata görə, onun transfer qiyməti 8 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz