“Ukrayna hərbi cəhətdən məğlub olub” − Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanı məğlub etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə danışıb.
“Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub. Saxta xəbərləri oxuyanda bunu anlamazsınız”, - Amerika lideri bildirib.
“Onların 159 gəmisi var idi. Artıq bütün gəmiləri su altındadır. Bütün döyüş təyyarələri vurulub”, - Tramp bildirib.
O, həmçinin Ukrayna və İranla münaqişələrin təxminən eyni vaxtda bitə biləcəyi fikrini ifadə edib.
“Bəlkə də oxşar cədvəl üzrə”, - Tramp iki münaqişədən hansının birinci bitəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top