
Türkiyə Kubokunun final matçı bu ilin may ayında Antalyada keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, final mayın 22-si saat 20:45-də Antalya Stadionunda oynanılacaq:
“Ziraat Türkiyə Kuboku finalı “Corendon Airlines Park Antalya Stadionu”nda oynanılacaq. Daha əvvəl mayın 24-ü Bazar günü elan edilən final matçının tarixi 22 may Cümə gününə dəyişdirilib”.
Tətbiqimizi yükləyə bilərsiniz