İsrail ordusu “Hizbullah”ın 1000-dən çox hədəfini məhv etdiyini açıqlayıb


İsrail ordusu Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə edilən 1000-dən çox obyekt və binanın məhv edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
“Cənubi Livanda 91-ci Diviziyanın komandanlığı altında olan İsrail Müdafiə Qüvvələri qoşunları “Hizbullah”ın İsrail Müdafiə Qüvvələrinə hücumları həyata keçirmək üçün istifadə etdiyi 1000-dən çox terrorçu infrastruktur obyektini, o cümlədən bomba ilə tələyə salınmış binaları və silahların saxlanıldığı anbarları məhv edib”, - məlumatda qeyd edilib.
Hərbçilər bu qədər sayda obyektin hansı dövrdə məhv edildiyini açıqlamayıb.
Həmçinin, hərbçilər tərəfindən yüzlərlə silahın, o cümlədən avtomat və pulemyotların, qumbara və minaların, eləcə də tank əleyhinə raket və müxtəlif sursatların aşkar edildiyi bildirilir.  
Qeyd edək ki, rəsmi olaraq, Livan və İsrail arasında atəşkəs qüvvədədir, lakin İsrailin hava hücumları və artilleriyası Livan ərazisini hər gün bombalamaqda davam edir. “Hizbullah” sərhəd zonasında İsrail qoşunlarına hücumlarla cavab verir.

DİGƏR XƏBƏRLƏR

Top