
İmtahana su gətirən tələbələrin digərləri ilə müqayisədə daha yüksək nəticə göstərdiyi müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sciencedaily” jurnalında dərc edilən araşdırmada qeyd olunub.
Tədqiqat zamanı 447 bakalavr tələbəsinin imtahan davranışları analiz olunub. Araşdırmada tələbələrin imtahana su gətirib-gətirməməsi və əldə etdikləri qiymətlər müqayisə edilib.
Nəticələr göstərib ki, yuxarı kurs tələbələri imtahana su götürməyə birinci kurs tələbələrinə nisbətən daha meyllidir. Ən diqqətçəkən məqam isə su aparan və imtahan zamanı ondan istifadə edən tələbələrin ümumi nəticələrinin daha yüksək olmasıdır.
Tədqiqatçılar bu fərqin yalnız tələbələrin ümumi bilik səviyyəsi ilə bağlı olmadığını yoxlamaq üçün onların əvvəlki akademik göstəricilərini də nəzərə alıblar.
Araşdırma müəlliflərindən biri, doktor Kris Pauson bildirib ki, su istehlakının imtahan nəticələrinə müsbət təsiri bir neçə amillə bağlı ola bilər. Onun sözlərinə görə, su beynin fəaliyyətinə fizioloji təsir göstərərək diqqət və düşünmə qabiliyyətini yaxşılaşdıra bilər. Eyni zamanda, su içmək imtahan zamanı yaranan stress və narahatlığı azaltmağa kömək edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz