ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi dərsliklərə salına bilər

ABŞ-ın Kaliforniya ştatının Qanunvericilik məclisinin üzvü Mark Levayn yerli Təhsil Şurasına Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsi haqqında kursun tətbiq edilməsini təklif edir. “Yeniavaz.com”un “Komsomalskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, siyasətçi hesab edir ki, ABŞ-ın xüsusi xidmət orqanlarının Rusiya ilə bağlı ittihamları təhsil proqramına daxil edilməlidir. O bildirib ki, Kaliforniya ölkədə iri dərslik bazarıdır: “Bu qanun layihəsi vasitəsilə biz Kaliforniyada və bütün Amerikada tələbələri 2016-cı il prezident seçkiləri haqqında etibarlı informasiya ilə təmin edə bilərik”. M. Levaynın təklifi Amerikanın xüsusi xidmət orqanlarının rusiyalı hakerlərin ABŞ-ın dövlət serverlərinə kiberhücumları barədə təqdim etdiyi məlumatlara əsaslanır.

DİGƏR XƏBƏRLƏR

Top