"İsrail Fələstin probleminin həllinin qaçılmaz olduğunu başa düşür". "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada keçirilən mətbuat konfransında politoloq -şərqşünas Vyaçeslav Matuzov deyib. Onun fikrincə İsrail Fələstin probleminin həllində önəmli addımlar atmasa, onda dünya birliyi terrorla mübarizədə çətin vəziyyətdə qalacaqlar: "Fələstin probleminin həll edilməməsi İŞİD, Ən-Nusra terrorçu qruplarının fəaliyyəti üçün imkan verəcək. Onlar hər yerdə bu amildən istifadə edərək özlərinə dəstək tapa biləcəklər. Mənə elə gəlir ki, İsraildə də Fələstin probleminin vacibliyini analmağa başlayıblar".