NATO Türkiyədə sammit keçirəcək


NATO-nun sammiti 7-8 iyul 2026-cı il tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə alyansın Brüsseldəki qərargahı məlumat verib.
Görüş NATO-nun Baş katibi Mark Rutte tərəfindən Türkiyənin Ankara şəhərindəki Beştəpə prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, əvvəlki NATO sammiti 24-25 iyun 2025-ci il tarixlərində Niderlandın Haaqa şəhərində keçirilib. Bu, yeni Baş katib Mark Ruttenin rəhbərliyi altında və ABŞ Prezidenti kimi Donald Trampın iştirakı ilə keçirilən ilk sammit olub. Sammit zamanı blokun 32 üzv dövlətinin liderləri 2035-ci ilə qədər ÜDM-in 5%-i səviyyəsində yeni müdafiə xərcləri hədəfi müəyyən etmək qərarına gəliblər. Onlar həmçinin Ukraynaya uzunmüddətli yardımın davam etdiriləcəyini təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top