Gürcüstan DİN-də 5 müavinin səlahiyyətlərinə xitam verilib


Gürcüstanda Daxili İşlər Nazirliyində rəhbər heyətlə bağlı mühüm kadr dəyişiklikləri həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin imzaladığı əmrlə nazir dəyişikliyindən sonra daxili işlər nazirinin birinci müavini və digər müavinlərinin səlahiyyətlərinə xitam verilib.
Qərara əsasən, indiyədək nazirin birinci müavini vəzifəsini tutan Roland Mesxi, eləcə də müavinlər Şalva Tadumadze, Aleksandre Daraxvelidze, Giorgi Sakhokia və Mariam Tabatadze artıq vəzifələrini icra etməyəcəklər.
Xatırladaq ki, bir gün əvvəl hökumət administrasiyasında keçirilən brifinqdə Gela Geladzenin Dövlət Təhlükəsizliyi Xidmətinin (SUS) rəhbəri təyin olunduğu, bu vəzifədə isə Sulxan Tamazaşvilini əvəz etdiyi açıqlanmışdı.
Baş nazir Kobaxidze bu gün imzaladığı digər sərəncamla Gela Geladzenin Daxili İşlər Nazirliyindən çıxarılması və Sulxan Tamazaşvilinin yeni vəzifəyə təyin olunmasını rəsmiləşdirib.
Hazırda müavinlərin səlahiyyətlərinə xitam verilməsinin yalnız prosedur xarakter daşıyıb-daşımadığı, eləcə də Tamazaşvilinin əvvəlki müavinləri yenidən vəzifəyə qaytarıb-qaytarmayacağı və ya yeni təyinatlar həyata keçirəcəyi hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top