
Azərbaycanın yunan-Roma güləşçiləri Qurban Qurbanov və Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
Yeniavaz.com xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qurban Qurbanov yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Həmçinin, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Qurban Qurbanov qızıl medal uğrunda görüşdə Adlet Tyulyubaev (UWW), Həsrət Cəfərov isə Murat Fıratla (Türkiyə) üz-üzə gələcək.
Medal görüşləri sabah baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz