Neymar futbolda dəyişmək istədiyi qaydanı açıqladı


“Santos”un hücumçusu Neymar futbolda hansı qaydanı dəyişmək istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Touchline” qəzeti məlumat yayıb.
“Ofsayd qaydasını dəyişərdim. Ofsayd yalnız yüksək ötürmələrə şamil edilməlidir. Ötürmə ayaqlara və ya sinənin altına gedərsə, ofsayd hesab edilməməlidir”, - Neymar qeyd edib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından bəri “Santos”da oynayır. Neymarın San Paulu klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, Braziliya millisinin bütün dövrlərin ən çox qol vuran oyunçusunun transfer qiyməti 10 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top