
İtaliyalı məşqçi Massimiliano Alleqri mövsümün sonunda “Milan”ın baş məşqçisi vəzifəsindən ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Corriere dello Sport” qəzeti məlumat yayıb.
Məlumata görə, Alleqri “Milan” rəhbərliyindən narazıdır və Çempionlar Liqasına vəsiqə qazansa belə, klubdan ayrıla bilər.
Nəşrin məlumatına görə, 58 yaşlı mütəxəssis İtaliya milli komandasına rəhbərlik edə bilər.
Digər tərəfdən, İtaliyanın “Napoli” klubu da onun xidmətlərində maraqlıdır.
Qeyd edək ki, Alleqri 2025-ci ilin may ayının sonunda “Milan”a qayıdıb. Klub İtaliya A Seriyasında 32 oyunda 63 xalla üçüncü yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz