
İranın Gilan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri İsrail kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq etməkdə şübhəli bilinən dörd nəfəri saxlayıb.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar SEPAH kəşfiyyat bölmələrinin işi nəticəsində müəyyən edilib.
Agentliyin məlumatına görə, onlar münaqişə zamanı İrandakı hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərini və koordinatlarını internet üzərindən ötürməkdə şübhəli bilinirlər.
Tətbiqimizi yükləyə bilərsiniz