
Bu ilin ilk rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 283,7 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 2,9% azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 7,3% artaraq 360,5 min ton, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artaraq 587,3 min ton olub.
Qeyd edək ki, azalma mazut, sürtkü yağları, maye qazlar, neft bitumu və ağ neftdə qeydə alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz