
Paytaxtın Həsən bəy Zərdabi küçəsində yerləşən “Ucuz Store” adlı mağazanın qarşısındakı parklanma ilə bağlı narazılıq yaranıb.
Yeniavaz.com-a müraciət edən vətəndaşın iddiasına görə, mağazanın qarşısında dibçəklər və müxtəlif maneələr yerləşdirilərək parklanma yeri məhdudlaşdırılıb.
Bildirilir ki, həmin ərazidə avtomobil saxlamaq istəyən vətəndaşlara mağaza əməkdaşları müdaxilə edərək, ərazinin mal boşaltma zonası olduğunu və parklanmanın qadağan edildiyini bildiriblər.
““Ucuz Store” mağazasının qarşısına dibçəklər düzülərək parklanma yeri zəbt edilib, ərazi sanki şəxsi sahə kimi istifadə olunur. Orada avtomobil saxladıqda isə “mal boşaldırıq, bura bizə məxsusdur, işinizlə məşğul olun” deyilir”, – deyə şikayət edən şəxs bildirib.
Onun iddiasına görə, mağaza rəhbərliyi və əməkdaşları həmin ərazidə sərbəst şəkildə avtomobil saxladığı halda, digər şəxslərə eyni imkan tanınmır.
“Öz rəhbərliyi və işçiləri həmin ərazidə avtomobil saxlayır, lakin kənar şəxslər gəldikdə mağazadan çıxan əməkdaşlar bildirirlər ki, rəhbərlik tərəfindən təlimat verilib və burada maşın saxlamaq olmaz”.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Yasamal Rayon İcra Hakimiyyəti sorğumuza cavab olaraq bildirib ki, əraziyə baxış keçirilib və ünvanda qayda-qanun bərpa olunub. AYNA isə qeyd edib ki, sözügedən ərazi küçə parklanma yeri hesab edilmir.

Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz