Lukaşenko parad üçün Moskvaya gedəcək


Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etmək planlarını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Pul Pervogo” teleqram kanalı məlumat verib.
Kanalın məlumatına görə, Belarus lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında paradda iştirak etmək niyyətini təsdiqləyib.
“Lukaşenko Moskvada keçiriləcək Qələbə Günü paradında iştirakını təsdiqləyib”, - nəşr bildirib.
Rusiya və Belarus prezidentləri arasında telefon danışığı aprelin 12-də baş tutub. Dövlət başçıları bir-birini Pasxa bayramı münasibətilə təbrik edib, ikitərəfli əməkdaşlığın cari məsələlərini və bir sıra beynəlxalq mövzuları müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top